“GÜNDƏLİK BAKI”-NIN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

Bu gün Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə "Əşrəfi" MMC-nin təsisçisi və direktoru Əşrəf Zeynalovun həm hüquqi, həm də fiziki şəxs qismində "Gündəlik Bakı" qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiaları üzrə məhkəmə hazırlıq iclası keçirlidi.

Prosesdə iddiaçı tərəfdən vəkili Tofiq Aslanov, cavabdeh tərəfdən isə vəkil Zaur İbadov və "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iştirak edirdi. 
Hakim F.Talışinski hər iki iddianın eyni iddiaçı tərəfindən eyni cavabdehə qarşı verilməsini nəzərə alaraq, tərəflərin razılığı ilə işlərin bir icraatda birləşdirilməsi barədə qərar qəbul etdi və növbəti məhkəmə prosesini 30 aprel saat 15-00-a təyin etdi.
Xatırladaq ki, iddialara səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və hər iddia üçün mənəvi zərərə görə qəzetdən  1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

RÖVŞƏN KƏBİRLİ VƏ YAŞAR AĞAZADƏNİN İDDİALARI TƏMİN OLUNMADI

Next Post

MİRZƏ SAKİT ANDRES HERKELLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.