MİRZƏ SAKİT ANDRES HERKELLƏ GÖRÜŞÜB

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkell “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitə (Sakit Zahidov) zəng vurub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verən M. Sakit, A. Herkelin onu azadlığa çıxması münasibəti ilə təbrik etdiyini və hətta Avropaya dəvət etdiyini də bildirib. M. Sakit də ona bu günə qədər etdiyi işlərə görə minnətdarlığını bildirib: “Mən hələ 14 saylı  cəzaçəkmə müəssisəsində cəza çəkərkən A. Herkel iki dəfə mənə baş çəkmişdi.  Onda demişdim ki, Avropa Şurasının keçmiş Azərbaycan üzrə həmməruzəçisi  Andres Qrossa böyük hörmətim var, hətta buna görə ona şer də yazmışdım. O da şeri özü ilə Avropaya aparmışdı.”
A. Qrossa yazdığı şerdən A. Herkelə də yazacağını qeyd edən M. Sakit hesab edir ki, siyasi məhbuslar üzrə həmməruzəçinin ayrılmasında onun böyük rolu oldu.
Azadlığa çıxdıqdan sonra “Azadlıq” qəzetində ilk şeiri çap olunan jurnalistin sözlərinə görə, növbəti şerləri də elə bu qəzetdə mütəmadi olaraq dərc olunacaq. Həmçinin “Bizim Yol ” qəzetində yazarın felyetonu çap olunacaq. Gələcək planlarından danışan M. Sakit yaxın müddətdə 3-cü kitabı nəşr edəcəyini də bildirdi. Hələ kitabın başlığını müəyyən etmədiyini deyən yazar vəsaitin olmaması üzündən çapın gecikəcəyini də inkar etmədi. Daha sonra türmə xatirələri adlı kitabın nəşrini də nəzərdə tutduğunu əlavə etdi.
Əsəbləri ilə bağlı problemləri olduğundan M. Sakit, təxminən 15-20 günlük müalicəyə ehtiyacı olduğunu bildirdi. Müalicəsini Azərbaycanda etməyə ehtiyatlanan M. Sakit, müalicəni xarici ölkələrin birində etmək istəyir. Ən əsası Norveçdə müalicə olunmasının istəyən jurnalist, vəsaitlə bağlı problemin olduğundan şikayət etdi. Bununla bağlı  öz yaxın bildiyi insanlara müraciət edəcəyini əlavə etdi.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.