HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdin Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realny Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi ilə bağlı verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.


      E.Fətullayevin vəkili İsaxan Aşurov çıxışında E.Fətullayevə bəraət verilməsini tələb etdi: ”Bu məkəmə prosesi Avropa məhkəməsinə gedib çıxarsa, Azərbaycan üçün çox böyük biabırçılıq olacaq.”

      Hakimin İ.Aşurova verdiyi “E.Fətullayevin məhkəməyə gətirilməsini istəyirsinizmi?” sualına cavab olaraq vəkil bildirdi ki, “məhkum bizim xahişimiz olmadan da məhkəməyə gətirilməlidir: Düzdür Azərbaycan qanunvericiliyində belə bir qanun olmasa da, 2002-ci ildə biz Avropa konvensiyasını qəbul etmişik. Bu konvensiyaya görə E.Fətullayev istənilən halda məhkəməyə gətirilməlidir”.

      Bundan sonra hakim bildirdi ki, iş icraata götürüldü və məhkəmə prosesini dekabrın 28-i saat 10:00-a təyin etdi.  

Previous Post

JURNALİST APELLYASİYA ŞİKAYƏTİ VERDİ

Next Post

UKRAYNA MEYDANINDA MİTİNQƏ İCAZƏ VERİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.