VƏTƏNDAŞ İLAHƏ İLYASOVANIN İDDİASI ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (08 aprel) Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə  aldadılmış mənzil alıcısı İlahə İlyasovanın makler Malik Məmmədova qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçı İ.İlyasova iştirak etsə də, cavabdeh tərəfdən heç kim iştirak etməyib. Hakim iddiaçını dinlədikdən sonra növbəti prosesi 20 aprel 12.00-a təyin edib.
Xatırladaq ki, İ.İlyasova ev tikmək üçün 2007-ci ili may ayında makler M.Məmmədova 42 000 (qırx iki min ) ABŞ dolları verərək, ev tikməsini istəyib. Lakin Məmmədov onun bu istəyini təmin etməyib və aldığı məbləği mənimsədiyinə görə, vətəndaş məhkəməyə üz tutub.

Previous Post

QHT-LƏR VƏ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ SAHƏSİNDƏKİ QEYRİ ŞƏFFAFLIQ TƏNQİD EDİLDİ

Next Post

BAŞ REDAKTORUN VƏSATƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.