TƏLƏBƏ-JURNALİSTİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLİB

Bu gün (5 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasının sabiq 4-cü kurs tələbəsi, “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun universitetin  rektoru Siyavuş Qarayevə qarşı şikayətinə əsasən məhkəmə hazırlıq iclası keçirilib.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun vəkili Fariz Namazlı məlumat verib.

Onun bildirdiyinə görə, cavabdeh tərəfin nümayəndəsi qismində prosesdə iştirak edən ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədovun etibarnaməsinin olmaması səbəbindən proses 10 mart saat 17:00 –a təxirə salınıb.
 
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Previous Post

MƏTBUAT ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ MARTIN 15-DƏ DAVAM EDƏCƏK

Next Post

AVROPA ŞURASI RƏSMİLƏRİ EYNULLA FƏTULAYYEVLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.