MƏTBUAT ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ MARTIN 15-DƏ DAVAM EDƏCƏK

Bu gün (05 mart) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı iddiasına əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev məlumat verib.

Onun bildirdiyinə görə, hakim T. Əsədova seminar tədbirdə  iştirak etdiyinə görə proses 15 mart saat 15:00-a təyin olunub.
Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi və 100.000 (yüz min) manat, maddi ziyana görə isə 50 min manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.

Previous Post

ELAN!

Next Post

TƏLƏBƏ-JURNALİSTİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.