“NOTA” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (02 iyun) Binəqədi rayon məhkəməsində hakim Mirheydər Seyidovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Mətbuat Şurasına və şuranın sədri Əflatun Amaşova qarşı qarşı iddiasına əsasən hazırlıq iclası keçirildi.

İclasda iddiaçı tərəfi Sərdar Əlibəyli, cavabdeh tərəfi isə Mətbuat Şurasının nümayəndəsi Rəhim Hüseynzadə təmsil edirdi.
Hakim M.Seyidov ilk məhkəmə prosesini 18 iyun saat 10.00-a təyin etdi.
Xatırladaq ki, bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, iddiaçı bu qərarın qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət edib.
Previous Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ QEYRİ-MÜƏYYƏN VAXTA QƏDƏR TƏXİRƏ SALINDI

Next Post

“YENİ ÇAĞ”, “ELÇİ” VƏ “HÜNƏR MEYDANI” QƏZETLƏRİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.