ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏYƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINIB

Bu  gün (17 oktyabr) Bakı Apellyasiya Məhkəməsində  hakim Mirzə Tağızadənin sədrliyi ilə  “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında  saxlanıldığı zaman müasir Azərbaycan tarixinə dair yazdığı kitabının əlyazmalarının qanunsuz olaraq təcridxana rəhbərliyi tərəfindən müsadirə edilməsi və məhv edilməsinə görə vermiş olduğu şikayətlə bağlı Səbail rayon Məhkəməsinin 06.10.08-ci il tarixində çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirilib.

Prosesdə Q.Zahidin maraqlarını vəkili  Elçin Sadıqov müdafiə edib. Amma  cavabdeh –   1 saylı Bayıl İstintaq Təcridxanasının nümayəndəsinin hazırlıq iclasında iştirak etmədiyinə görə hakim hazırlıq iclasını dekabrın 29-u saat 11.30-a qədər təxirə salıb.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin  hakimi Famil Nəsibovun sədrliyi ilə bu məsələ üzrə keçirilən prosesdə heç bir əsas göstərilmədən iddia  təmin edilməmişdi.
Xatırladaq ki, Q.Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə baş redaktordan alınmışdı. Lakin  sonradan M.Əliyev əlyazmalarda Azərbaycan dövlətinin, eks-prezident  Heydər Əliyevin və hazırkı prezident  İlham Əliyevin əleyhinə məlumatların əks olduğunu əsas  gətirərək əlyazmaların məhv edildiyini bildirib. Bu səbəbdən də Q.Zahid  əlyazmaların müsadirə edilməsinin qanunsuz elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Previous Post

NAXÇIVANDA FƏRDİ PEYK ANTENALARI YIĞIŞDIRILIR

Next Post

qenimet heftesinin yekununa hesr olunmus metbuat konfransi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.