NAZİRİN İDDİASİ İLƏ LEYLA YUNUSA QARŞI MƏHKƏMƏYƏ HAZIRLIQ İCLASI YANVARIN 26-DA DAVAM EDƏCƏK

Bu gün (23 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnistitunun direktoru  Leyla Yunusa qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirildi.

Məhkəmə prosesində iddiaçı tərəfin vəkili Əlirza Həbilov, cavabdeh tərəfdən isə vəkil İsaxan Aşurov iştirak edirdi. Cavabdeh tərəfin vəkili  İsaxan Aşurov vəsatət qaldıraraq bildirib ki, iddia ərizəsində Leyla Yunusun qeydiyyat ünvanı səhv göstərilib: “Əslində Leyla Yunus Yasamal rayonu ərazisində qeydiyyatda olduğu üçün bu işə Nəsimi rayon Məhkəməsində baxılması düzgün deyil. İddiada göstərilən Şəmsi Bədəlbəyli  küçəsindəki mənzil Leyla Yunusun deyil, onun həyat yoldaşı Arif Yunusovun adınadır”. Hakim vəsatətə baxılması üçün prosesi 26 yanvar saat 10:00-a qədər təxirə saldı.
Onu da qeyd edək ki, məhkəmə zalında insident yaşandı. Belə ki, hakim zalda adamların ayaq üstə dayandığını əsas gətirərək məhkəmə prosesini xeyli gecikdirdi. Buna cavab olaraq xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların  nümayəndələri öz yerlərini ayaq üstə dayanan insanlara verdilər. Bunu görən məhkəmə nəzarətçiləri  zala əlavə oturacaqlar gətirdilər. Ancaq buna baxmayaraq, ayaq üstə qalmış bir çox yerli və beynəlxalq təşkilatların  nümayəndələri məhkəmə zalından çıxarıldılar.
Xatırladaq ki, R. Usubov ötən il dekabrın 3-də hüquq müdafiəçisi  Leyla Yunusun day.az saytına verdiyi müsahibədə DİN-ə böhtan atdığını əsas gətirərək  Nəsimi rayon Məhkəməsinə  müraciət edib. Nazir hüquq müdafiəçisinin “polisin işgüzar nüfuzuna” xələl gətirən müsahibəsi ilə bağlı təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min AZN cərimə edilməsini tələb edir.
 
 
Previous Post

GENERALIN APELLYASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Next Post

NAZİRİN İDDİASİ İLƏ LEYLA YUNUSA QARŞI KEÇİRİLƏN MƏHKƏMƏ HAZİRLIQ İCLASI 26.01.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.