“XURAL” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ HAZIRLIQ İCLASI NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Bu gün (19 aprel) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə sabiq baş prokuror İxtiyar Şirinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya və keçmiş müdafiə naziri Rəhim Qazıyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası yekunlaşmayıb.

Hazırlıq iclasında iddiaçı İxtiyar Şirin, cavabdehlərdən isə Rəhim Qazıyev, Əvəz Zeynallı və onun vəkili Elçin Sadıqov iştirak edib.
Cavabdeh Rəhim Qazıyev iddia ərizəsini almadığını və buna görə də iddia ilə tanış olmaq üçün vaxt verilməsi ilə bağlı vəsatət qaldırdı.
Hakim vəsatəti təmin edərək hazırlıq iclasını 27 aprel saat 16:00-a qədər təxirə saldı.
Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) video və foto çəkiliş aparmaqla bağlı müraciəti müzakirə edilən zaman tərəflər narazı olmasalar da, hakim çəkilişə icazə verməyib.
Xatırladaq ki, iddiaya Rəhim Qazıyevin “Xural” qəzetinin 10-16 yanvar tarixli  sayında dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibənin bir hissəsində R.Qazıyev İxtiyar Şirinin mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Bu səbəbdən də İ.Şirin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, cavabdehlərə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət işi açılmasını istəyib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,484/lang,az/
Previous Post

DÖVLƏT QURUMLARI İLƏ MEDİA MÜNASİBƏTLƏRINƏ DAİR SEMİNAR KEÇİRİLİB

Next Post

DÖVLƏT QURUMLARI İLƏ MEDİA ARASINDA MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.