DÖVLƏT QURUMLARI İLƏ MEDİA ARASINDA MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

Bu gün (19 aprel) ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi və Bakı ofisinin təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında effektiv münasibətlərin qurulması”  mövzusunda seminar keçirilib.

Seminarda dövlət qurumları ilə media münasibətlərinin müxtəlif aspektləri, milli və beynəlxalq qanunvericilik məsələləri, məlumat azadlığı və diffamasiya problemləri müzakirə edilib. Açılış çıxışları ATƏT-in Bakı Ofisinin Demokratizasiya Şöbəsinin rəhbəri Jaklin Karpenter və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin nümayəndəsi Vüqar Əliyev tərəfindən edildi.
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Ofisinin baş məsləhətçisi Aleksandr Boldirev Azərbaycanda dövlət qurumlarından informasiyanın əldə edilməsinin təkmilləşdirilməsi istiqamətində işin aparıldığını və davam edəcəyini bildirdi. O, keçirilən seminarın əsas məqsədinin fikir mübadiləsi aparmaq, mövcud problemləri müzakirə etmək və birgə bu problemlərin həllini axtarmaq olduğunu vurğuladı.
Seminarda iştirak edən müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları mətbuatla əlaqələri barədə məlumat veriblər, redaktorlar və jurnalistlər isə üzləşdikləri problemləri diqqətə çatdırıblar. Açılış çıxışlarından sonrakı müzakirələr məhz bu problemlərin həlli istiqamətində aparılıb.
Seminarda ekspert qismində iştirak edən Media Hüququ İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı və İREX-Azərbaycan təşkilatının nümayəndəsi Ələsgər Məmmədli “İnformasiya əldə etmək haqqında” qanunun əsas müddəaları və praktiki tətbiqi barədə məlumatlar veriblər. Ekspertlər ildən-ilə müəyyən irəliləyişlərin olduğunu bildirsələr də, informasiya sorğularının cavablandırılmasında, internet resurslarının yaradılmasında və ya yenilənməsində xeyli problemlərin qaldığını, məlumatların əldə edilməsi işləri ilə bağlı məhkəmə çəkişmələrinin getdiyini vurğulayıblar.
 Qeyd edək ki, seminar iki gün nəzərdə tutulub və müzakirələr sabah da davam etdiriləcək.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,485/lang,az/
Previous Post

“XURAL” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ HAZIRLIQ İCLASI NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Next Post

NAZİR ONLİNE TELEVİZİYALARI LİSENZİYALAŞDIRMAQ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.