TELEVİZİYA VƏ ALTERNATİV MEDİA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK QHT-NİN TƏQDİMATI OLUB

Bu gün (08 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyinin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin həmtəsisçisi Rəsul Cəfərov bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd telekanalların və alternativ media vasitələrinin inkişafına yardım göstərməkdir.

Telekanalların monitorinqi ilə bağlı həyata keçirilən bir sıra layihələrin iştirakçısı olduğunu bildirən R.Cəfərov hazırda telekanallarda "Teleradio yayım haqqında" Qanunun müddəalarına riayət edilmədiyini, xüsusilə də balanslı, hərtərəfli, dəqiq və ətraflı məlumatların verilmədiyini, siyasi plüralizmin gözlənilmədiyini və öz fikirlərini ifadə etmək üçün hamıya bərabər şəraitin yaradılmadığını qeyd etdi. Sadalanan  problemlərin həllinə telekanalların özləri və bu sahədə tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əməkdaşlıq çərçivəsində nail olmaq istədiklərini deyən R.Cəfərov bu istiqamətdə təkliflərin hazırlanaçağını bildirdi.
 Alternativ media vasitələrinin, yəni bloqların, youtube, facebook, twitter və bu kimi digər saytların son dövrlərdə Azərbaycanda yayılmağa başladığını bildirən Cəfərov bu vasitələrlə öz fikirlərini bildirən şəxslərin hüquqlarının müdafiə edilməli olduğunu vurğuladı.   
 Təşkilatın internet saytının yaradılacağı və görüləcək işlərin saytda yerləşdiriləcəyi və eyni zamanda press-reliz vasitəsilə yayılacağı  bildirildi.  
Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyi 2009-cu il, avqustun 14-də Rəsul Cəfərov və Əhməd Heybətov tərəfindən təsis edilib. Avqustun 24-də isə təşkilatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərilib.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,309/lang,az/

Previous Post

MEDİA NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ HƏMKARLARININ MƏZARINI Zİ

Next Post

ŞƏRUR POLİSİ RATİ-NİN MÜXBİRİNİ HƏDƏLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.