ŞƏRUR POLİSİ RATİ-NİN MÜXBİRİNİ HƏDƏLƏYİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev polis tərəfindən hədələnib.

Belə ki, Şərur rayonunun Aşağı Yayıcı kəndi ərazisində “Arpaçay” su qovşağı üzərində yerləşən, “Aşağı göl” kimi tanınan su hövzəsində tilovla balıq tutan 30 nəfərə yaxın sakin sentyabrın 4-də Şərur Rayon Polis Şöbəsinə (RPŞ) aparılması ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Şərur RPŞ-də olan müxbir psixoloji təzyiqlə üzləşib. Şöbənin cinayət axtarış bölməsinin rəisi Elxan Həsənov RATİ-nin əməkdaşı Həkimeldostu Mehdiyevin suallarını cavablandırmaq əvəzinə onu hədələyib: “Sənin haqqında da bir şey fikirləşirik və tezliklə ölçü götürəcəyik”, – deyə E. Həsənov bildirib.
Previous Post

TELEVİZİYA VƏ ALTERNATİV MEDİA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK QHT-NİN TƏQDİMATI OLUB

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ HƏMKARLARININ MƏZARINI ZİY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.