“AZƏRBAYCANDA YAŞAYAN MİLLİ AZLIQLARIN NƏŞRLƏRİ” KİTABININ TƏQDİMATI OLUB

Bu gün (06 may) Azərbaycan Media Mərkəzində Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqublunun “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimatı olub.

Soros Fondunun maliyyə dəstəyi ilə dərc olunan kitabda Azərbaycanda yaşayan və yaşamış milli azlıqların çap nəşrləri haqqında məlumatlar toplanıb.
N.Yaqublu qeyd edib ki, belə bir kitab Azərbaycanda ilk dəfə cap olunsa da, bu istiqamətdə iş davam etdiriləcək.
O qeyd edib ki, 1865-ci ildə Rusiya imperatoru imperiya əyalətlərində öz milli dillərində nəşrlərini buraxmağa icazə verən fərman imzalayıb. Bu fərmandan sonra Azərbaycan dilində ilk qəzet – “Əkinçi” fəaliyyətə başlayıb. “Əkinçi” qəzetinin nəşrinə qədər Azərbaycanda 30-dək rusdilli nəşrlə yanaşı, 4 gürcü, 7 erməni dilində, həmçinin  alman, polyak dillrəində nəşrlər var idi.
O, əlavə edib ki, Azərbaycanda yaşayan milli azlıqların öz dillərində nəşrləri müstəqillik əldə etdikdən sonra da işıq üzü görüb. Bu sırada, rus dilində “Oko”, talış dilində “Tolışi-sədo”, kürd dilində “Denge kürd”, ləzgi dilində “Samur”, gürcü dilində “Şəlalə” və s. nəşrləri misal göstərmək olar.
Qeyd edək ki, 1000 nüsxə ilə dərc olunan “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabı jurnalistika fakültəsinin tələbələrinə və jurnalist təşkilatlarına pulsuz paylanacaq.

Previous Post

DÖVLƏT İNVESTİSİYA PROQRAMLARINA İCTİMAİ NƏZARƏT

Next Post

ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES MAYIN 13-DƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.