ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES MAYIN 13-DƏ DAVAM EDƏCƏK

Bu gün (6 may) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti üzrə keçirilməli olan proses mayın 13-ə təyin edilib.

Apellyasiya məhkəməsinin qarşısındakı elanlar lövhəsindəki proseslə bağlı elanda atasının adının düzgün göstərilməməsinə etiraz edən Ə.Kərimov, bunu özünə qarşı təhqir hesab etdiyini  bildirdi.
Ə.Kərimov 8 aprel 2010-cu il tarixdə keçirilən ilkin baxış iclasında qaldırdığı vəsatətlərin təmin olunmaması ilə bağlı qərardan kassasiya şikayəti verəcəyini bildirdi. O, kassasiya şikayəti vermək üçün müddətin mayın 8-dək olduğunu deyərək, prosesin təxirə salınmasını istədi.
Hakim prosesi 13  may saat 11:00-də təyin etdi.
Qeyd edək ki, 8 apreldə keçirilən proses zamanı Ə.Kərimov Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarının ləğv edilərək, işi baxılması üçün yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılması və əgər məhkəmə baxışı təyin olunarsa, işə məhkəmə istintaqı ilə baxılması ilə bağlı vəsatət qaldırmışdı. Hakim isə vəsatətləri təmin etmənişdi.
Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək, Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.

Previous Post

“AZƏRBAYCANDA YAŞAYAN MİLLİ AZLIQLARIN NƏŞRLƏRİ” KİTABININ TƏQDİMATI OLUB

Next Post

AZƏR AYXANIN VƏKİLİ MƏHKƏMƏ HEYƏTİNƏ ETİRAZ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.