İyulun 6-da Azərbaycan prezidenti İlham Əliyev İnformasiya əldə etmək haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Bu barədə prezident.az saytı məlumat yayıb.
Qeyd edək ki, Milli Məclisin qəbul elədiyi sözügedən dəyişikliklərə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.