PREZİDENT JURNALİSTİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRDİ

Mətbuat Şurası (MŞ) “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin azadlıqdan məhrum edilməsi ilə bağlı prezident İlham Əliyeva müraciət edib.

Müraciətdə A.Mərzilinin digər vətəndaşlar kimi qanun qarşısında cavabdeh olduğu, lakin məhkəmənin jurnalistə qarşı daha yüngül cəza tətbiq edə biləcəyi bildirilib. Həmçinin jurnalistin həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr tərəfindən sui-istifadə edə biləcəyi qeyd olunub. Bundan başqa, A.Mərzilinin işinə xüsusi ittiham qaydasında deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edildiyi də müraciətdə vurğulanıb.
Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun Asif Mərzili ilə bağlı müraciətinə öz münasibətini bildirib. Bu barədə məlumatı APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, prezident İ.Əliyev  A.Mərzilinin həbsindən təəssüfləndiyini bildirərək, tərəflərin bu məsələni öz aralarında hüquqi yolla həll etmələrinin daha effektli olacağını bildirib. İ.Əliyev bundan başqa Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər problemlərin, anlaşılmazlıqlar və qarşıdurma hallarının jurnalistlərin həbsinə səbəb olmayacağına ümid etdiyini də xüsusi qeyd edib.
Xatırladaq ki, Asif Mərzili  Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası ilə böhtan, şərəf və ləyaqətin tapdanmasında təqsirli bilinərək Yasamal rayon məhkəməsinin hökmü ilə dünən (7 aprel) 1 il müddətinə azadlıqdan məhrum olunub.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN ŞİKAYƏT ƏRİZƏSİ TƏMİN EDİLMƏDİ

Next Post

MİRZƏ SAKİT AZADLİĞA BURAXILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.