PREZİDENT “KİV HAQQINDA” QANUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ FƏRMAN İMZALADI

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  “Kütləvi İnformasiya vasitələri haqında” qanuna əlavə edilməsi barədə qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat veriblər. Fərmana əsasən Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi İnformasiya vasitələri haqında” qanuna əlavə edilməsi barədə qanuna uyğunlaşdırılması barədə təklifini hazırlayıb prezidentə təqdim etməsini, Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırmasını və qanundan irəli gələn digər məsələləri həll etnəsini tapşırılıb.
Fərmanla bağlı ekspert rəyi öyrənmək üçün Ələsgər Məmmədli ilə əlaqə saxladıq. Ekspertin sözlərinə görə, “Kütləvi İnformasiya vasitələri haqında” qanunun 19-cu maddəyə qəbul olunmuş dəyişikliklər Avropa İnsan Haqlarının Konvensiyasının 10-cu maddəsinə ziddir.
Prezident Aparatının İctimai Siyasi Şöbənin mətbuat və informasiya ilə iş sektorunun müdiri Vüqar Əliyev isə bu barədə suallarımızı cavablandırmaqdan imtina etdi .
Qeyd edək ki, 6 mart 2009-cu il Milli Məclis tərəfindən 19-cu maddəyə (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımın dayandırılması və ya ona xitam verilməsi) edilmiş dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) əcnəbi və ya ali təhsilli olmayan şəxs mətbu nəşrin baş redaktoru vəzifəsinə təyin edildikdə, dövrü mətbu nəşrlərin pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən on gün müddətində müvafiq qurumlara göndərilmədikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibatı məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.
Previous Post

ALİ MƏHKƏMƏ HÜQUQŞÜNASA QARŞI İDDİANI İCRAATA GÖTÜRÜB

Next Post

SATİRİK YAZAR MİRZƏ SAKİTİN KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.