ALİ MƏHKƏMƏ HÜQUQŞÜNASA QARŞI İDDİANI İCRAATA GÖTÜRÜB

Bu gün (17 aprel) Ali Məhkəmənin Plenumunda Vəkillər Kollegiyasının (VK) “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin (HMC) təsisçisi və “Hüquq” qəzetinin baş redaktoru İntiqam Əliyevə qarşı əmlakına həbs qoyulması barədə qaldırdığı iddiaya baxılıb.

İ. Əliyevin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna verdiyi xəbərə görə plenumun sonunda VK-nın iddiasının icraata qəbul edilməsi barədə qərar qəbul edilib: “Ali Məhkəmə  qərar qəbul etdi ki, VK-nin əlavə kassasiya şikayəti təmin olunsun və işə yenidən Ali Məhkəmədə baxılsın”. O, həmçinin bildirib ki, Ali Məhkəmənin sədri bu işi plenumun müzakirəsinə  qanunsuz olaraq çıxarılıb.  
Qeyd edək ki, plenumda iştirak etmək istəyən ATƏT-in Bakı ofisinin əməkdaşları Əlövsət Əliyevə, Müzəffər Baxışova, “Azərbaycan Hüquqçular Assosiyası”nın prezidenti Ənnağı Hacıbəyliyə, Norveçin Azərbaycandakı səfirliyinin nümayəndəsinə və RATİ-nin əməkdaşlarına plenumda iştirak etməyə icazə verilməyib və bu onunla izah edilib ki, plenumda iştirak etmək üçün əvvəlcədən icazə almalıdır. 
Xatırladaq ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna 3 iyun 2005-ci ildə lisenziyalı hüquqşünasların ixtisas imtahanı vermədən Kollegiyanın üzvlüyünə qəbulunu nəzərdə tutan dəyişikliklərin edilməsindən sonra İ. Əliyevin bu quruma üzvlüyünün rəsmiləşdirilməsi başlanıb. Lakin VK-nın Rəyasət Heyəti 19 noyabr 2005-ci tarixli iclasında İ. Əliyevə bu haqqı tanımaqdan imtina edib. Hüquqşünas VK-nın bu qərarından 2005-ci ilin dekabrında Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Məhkəmənin 19 dekabr 2005-ci il tarixli qərarı ilə onun bu iddiasına məhkəmədə baxılmalı olmadığı səbəbindən iddianın yolverilməzliyinə görə şikayəti geri qaytarıb. 23 avqust 2008-ci ildə işinə qanunsuz olaraq baxılmaması faktı ilə bağlı İ. Əliyev Məhkəmə Hüquq Şurasına və digər səlahiyyətli qurumlara müraciət edib. Həmin müraciətdən sonra Nəsimi Rayon Məhkəməsində İ. Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib və proses 6 noyabr 2008-ci ilə təyin edilib. Lakin bu dəfə də proses baş tutmayıb. 2007-ci ilin 9 mart tarixində VK İ. Əliyevə qarşı iddia qaldıraraq İ. Əliyevi VK barədə əsassız məlumatlar dərc etdirməkdə ittiham edərək əmlakına və bank hesablarına həbs qoyulmasına dair qərar qəbul olunmasını xahiş edib.
 
Previous Post

MİRZƏ SAKİT MƏTBUAT KONFRANSI KEÇİRDİ

Next Post

PREZİDENT “KİV HAQQINDA” QANUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ FƏRMAN İMZALADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.