PREZİDENT REFERENDUM AKTININ QÜVVƏYƏ MİNMƏSİ İLƏ ƏLAQƏDAR SƏRƏNCAM İMZALADI

Dünən (02 aprel) prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” referendum aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncamda Prezident Administrasiyasına dörd ay müddətində konstitusiyanın 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci və 149-cu maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikası Konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ) və 50-ci ( Məlumat azadlığı) maddələrinə olunan dəyişiklilərə münasibət bildirmək məqsədi ilə “Media Hüquqları İnstitutu”nun (MHİ) sədri Rəşid Hacılı ilə əlaqə saxladıq. R. Hacılının Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndinə edilmiş əlavədə ciddi narahatçılıqların olduğunu və bu əlavənin KİV nümayəndələrinə problem yaradacağını bildirib: “Bu dəyişiklik KİV nümayəndələrinə informasiya əldə etməkdə də əngəllər yaradacaq”. MHİ-nun rəhbəri öz açıqlamasında onu da qeyd edib ki, hər bir kəsin şəxsi və ailə qorumaq hüququ var. Lakin jurnalistlərin də ictimai-siyasi əhəmiyyət daşıyan şəxslərin ailə sirlərini ifşa etməmək şərti ilə onlar haqqında hər hansı bir informasiyanın yaymaq hüququ olmalıdır.
Konstitutsiyanın 50-ci maddəsinə əlavə edilmiş 3-cü bəndin elə də ciddi problemlər doğuracağına inanmadığını deyən R. Hacılı, hər kəsin  məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilməsinin əvvəllər də olduğunu qeyd edib.
Adıçəkilən məsələ ilə əlaqədar Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla əlaqə saxlamaq istəsək də Prezident Aparatından suallarımıza şöbə müdirinin müavini Ərəstun Mehdiyevin cavab verəcəyini bildirdilər. Ə. Mehdiyev isə Ə Həsənovun bu məsələ ilə bağlı mətbuata açıqlama verdiyini deyərək sualları cavablandırmaqdan imtina etdi.
Previous Post

ATLANTİK KLUB TƏRƏFİNDƏN HAZIRLANAN HESABATIN TƏQDİMATI

Next Post

ATLANTİK KLUB TƏRƏFİNDƏN HAZIRLANAN HESABATIN TƏQDİMATI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.