ATLANTİK KLUB TƏRƏFİNDƏN HAZIRLANAN HESABATIN TƏQDİMATI KEÇİRİLİB

Bu gün (3 aprel) Reportyorların Аzadlıq və Тəhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyası” İctimai Birliyi tərəfindən həyata keçirilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi” mövzusunda tədqiqat layihəsinin hesabatı ictimaiyyətə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan layihənin analitiki Sülhəddin Əkbər bildirib ki, 1 dekabr 2008-ci ildən 1 aprel 2009-cu il tarixinə qədər işlənilib hazırlanan bu tədqiqat işində Azərbaycanda ilk dəfə olaraq, aktual xarici və daxili təhdidlərin analizi kontekstində baxılan öncəlikli milli maraqların hərtərəfli tədqiqi, əhəmiyyətinə və kəskinik dərəcəsinə görə sıralanması əsasında ölkənin milli təhlükəsizlik durumunun sistemli qiymətləndirilməsinə cəhd edilmişdir. S. Əkbər çıxışında onu da vurğulayıb ki, Noxterleyn matrisasından istifadə edilmiş bu tədqiqat işində Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının həyata keçirilməsinə yardım etməyə imkan verən nəticələr və tövsiyələr də öz əksini tapmışdır.
Xatırladaq ki, Atlantik Klubunun başlıca məqsədi – Azərbaycan Respublikasının avroatlantik məkana tam inteqrasiyası prosesinə intellektual dəstəyin təşkili, cəmiyyətdə NATO haqqında düzgün ictimai rəyin formalaşdırılması və inteqrasiya prosesində mülki cəmiyyətin yaxından iştirakının təmin edilməsidir.
Previous Post

PREZİDENT REFERENDUM AKTININ QÜVVƏYƏ MİNMƏSİ İLƏ ƏLAQƏDAR SƏRƏNCAM İMZALADI

Next Post

HÜQUQŞÜNASLAR MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.