HƏBSDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Mayın 18-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində  qardaşı Oqtay İsgəndərov hüquq müdafiəçisi Vidadi İsgəndərovun həbsi ilə bağlı  mətbuat konfransı keçirdi.  Oqtay  İsgəndərov  bildirdi ki, qardaşı  siyasi motivlər və qondarma itttihamlarla həbs edilib:

“Vidadinin həbsi onun hüquq müdafiəçisi kimi və siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədini güdür. Bildiyiniz kimi o, İctimai Palatanın üzvü olsa da, hüquq müdafiəçisi kimi bu qurumun keçirdiyi etiraz  aksiyalarının monitorinqini aparırdı. Habelə  o mütəmadi olaraq  korrupsioner məmurların fəaliyyətindəki ciddi nöqsan və qüsurları kəskin tənqid atəşinə tuturdu” – deyə qeyd edən Oqtay İsgəndərov mayın 15-də Vidadi İsgəndərovu dəstəkləyən 500 nəfərə yaxın şəxsin imzası ilə  prezident İlham Əliyevə  məktub ünvanlandığını qeyd etdi.

“Biz  prezidentdən bu məsələni diqqət mərkəzində saxlamasını xahiş etmişik. Bundan əlavə bir çox səfirliklərin nümayəndələri ilə də görüşmüşəm və onlar bu məsələni diqqət mərkəzində saxladıqlarını bildiriblər”, –  deyə Oqtay  İsgəndərov əlavə etdi.

             Xatırladaq ki, Vidadi İsgəndərov əvvəllər prokurorluq orqanlarında çalışıb. Lakin rəhbərliyi tənqid etdiyinə görə işdən çıxarılıb və bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. O 2010-cu ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürdüyü Göyçay rayonunda saxtalaşdırma faktlarını aşkar edib. İsgəndərov GEN MMC tərəfindən aldadılan vətəndaşların, polis tərəfindən döyülərək öldürülən Elvin Əsgərovun yaxınlarının, Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülmüş sürücünün hüquqlarını müdafiə edib. İsgəndərov müxalifətin 2 aprel mitinqinin monitorinqini aparanda saxlanılıb və 8 sutka həbsdə saxlanılıb. Aprelin 17-də də müxalifətin növbəti mitinq zamanı saxlanılıb və 15 sutka həbs cəzası alıb. Bu cəzasının bitməsinə bir gün qalmış isə hüquq müdafiəçisinə ötən il keçirilən parlament seçkilərinə müdaxilə ittihamı üzrə cinayət işinə başlanıb və haqqında 2 ay müddətinə həbs qətimkan  tədbiri seçilib. O, 2 azyaşlı qız atası olan Vidadi İsgəndərov  şəkərli diabetin ağır formasından da əziyyət çəkir.

 

 

 

 

Previous Post

”ŞƏRQ TƏRƏFDAŞLIĞI” FORUMU QARŞILIQLI İTTİHAMLARLA KEÇDİ

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ ÜZRƏ KOMMUNİKASİYA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.