AZTV-DƏ PREZİDENTLİYƏ NAMİZƏDLƏRƏ PULSUZ EFİR VAXTININ VERİLMƏYƏCƏYİ BİLDİRİLİR

Millət vəkili Zahid Orucun “Trend”-ə verdiyi məlumata görə, bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədlərə Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində pulsuz efir vaxtı verilməyəcək.

Bu Seçki Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklərdə öz əksini tapıb. Zahid Oruc seçkiqabağı təşviqat materiallarının yaşayış binalarında yerləşdirilməsinin qəti şəkildə qadağan olunacağını da vurğulayıb.
Qeyd edək ki, hal-hazırda mövcud olan qanunvericiliyə görə 3 saatı dövlət televiziyasında, 3 saatı isə dövlət radiosunda olmaqla prezidentliyə namizədlərin təbliğatı üçün həftədə 6 saat pulsuz təbliğat imkanı yaradılır. Eyni zamanda namizədlərin seçki qabağı təşviqat materiallarının yaşayış binalarında yerləşdirilməsinə icazə verilir.  

Previous Post

NƏŞRİYYATLAR DA ÇAP MƏHSULLARININ MƏCBURİ NÜSXƏLƏRİNİ MƏTBUAT ŞURASINA GÖNDƏRƏCƏK

Next Post

TƏCRÜBƏLİ JURNALİSTLƏR ÜÇÜN TƏLİM TƏŞKİL OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.