NƏŞRİYYATLAR DA ÇAP MƏHSULLARININ MƏCBURİ NÜSXƏLƏRİNİ MƏTBUAT ŞURASINA GÖNDƏRƏCƏK

İlham Əliyev 07 may 2008-ci il tarixdə “Nəşriyyat işi haqqında” Qanuna Əlavə edilməsi barədə 2008-ci il 01 aprel tarixli Qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Həmin qanuna görə “Nəşriyyat işi haqqında” Qanunun 22-ci maddəsinə (məcburi nüsxələr) Mətbuat Şurasının adı əlavə olunur, yəni nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini  Milli Kitabxana, Kitab Palatası, müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanaları ilə yanaşı Mətbuat Şurasına da göndərməlidir.
Previous Post

FƏXRİ XİYABANDA “APA”-NIN MÜXBİRİ ELBRUS SEYFULLAYEV POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

Next Post

AZTV-DƏ PREZİDENTLİYƏ NAMİZƏDLƏRƏ PULSUZ EFİR VAXTININ VERİLMƏYƏCƏYİ BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.