DAK XOCALI SOYQIRIMININ 17 Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİB

Bu gün (6 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Yeni Çağ” qəzeti, “Dünya Azərbaycanlıları Konqresi” (DAK) və “Tələt Paşa” Komitəsinin “17-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyası çərçivəsində birgə gördükləri işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə ilk çıxış edən “Yeni Çağ ” qəzetinin baş redaktoru və DAK-ın Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər, DAK-ın fevral ayının 25-dən mart ayının 1-ə kimi müxtəlif ölkələrdə kampaniya çərçivəsində tədbirlər keçirdiyini bildirib. Onun sözlərinə görə, “17-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyasını keçirməkdə məqsəd Azərbaycan həqiqətlərini dünyaya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
A. Ələsgər qeyd edib ki, fevralın 26-da Türkiyənin Atilla İlhan Kültür Mərkəzində təşkil edilən konfransında Xocalı soyqırımı bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdırılıb. Elə həmin gün DAK soyqırım hadisəsi ilə bağlı Belçikanın paytaxtı Brüssel şəhərində “Xocalını unutma, unutdurma!” şüarı ilə yürüş-mitinq keçirib. Həmçinin Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyi və DAK Gənclər Təşkilatının ÇXR-dakı təmsilçiliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Şuşa” Mədəniyyət Mərkəzində də soyqırımla bağlı anım mərasimi də keçirilib.
Sonda DAK sədri və üzvləri bu kampaniyanı davam edəcəklərini bildirdilər.
Previous Post

ABİDƏ UCALDILMASI HANSI DÖVLƏT ORQANININ SƏLAHİYYƏTİNDƏDİR?

Next Post

DAK-IN XOCALI SOYQIRIMININ 17 Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.