ABİDƏ UCALDILMASI HANSI DÖVLƏT ORQANININ SƏLAHİYYƏTİNDƏDİR?

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Səbail rayon ərazisində yerləşən və hal hazırda təmir işləri aparılan “Sahil” bağında “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynova abidə ucaldılması xahişi ilə ölkə başçısı İlham Əliyevə, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə, Bakı şəhəri və Səbail rayonu icra başçılarına müraciət ünvanlamışdı.

Müraciət 23 fevral tarixində ünvanlanmasına baxmayaraq, prezident İ. Əliyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən hələ də cavablandırılmayıb. Müraciət yalnız Mədəniyyət və Turizm Nazirliyi və Səbail rayon İcra hakimiyyəti tərəfindən cavanlandırılıb və hər iki cababda bilirilib ki, E. Hüseynova abidə ucaldılması məsələsi bu qurumların səlahiyyətləri xaricindədir.
Previous Post

NOVELLA CƏFƏROĞLU MÜSAHİBƏSİNƏ GÖRƏ MTN-Ə ÇAĞRILIB

Next Post

DAK XOCALI SOYQIRIMININ 17 Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.