MƏTBUAT ŞURASI “AZADLIQ” QƏZETİNƏ MÜRACİƏT ÜNVANLAYIB

Dünən (17 iyun) Mətbuat Şurası (MŞ) “Azadlıq” qəzetinin may-iyun saylarında qəzetin peşə prinsiplərinə riayət etməməsini əsas götürərək, qəzetə müraciət ünvanlayıb.

Müracətdə satirik yazar Mirzə Sakitin  (Zahidov) qəzetin “Radikal” rubrikasında yer alan bir sıra yazılarında peşə məsuliyyətinin gözlənilməməsi, ictimai-siyasi xadimlərin, tanınmış simaların şərəf və ləyaqətinin təhqir edilməsi və onların nüfuzuna xələl gətirən fikirlərin olduğu qeyd edilib.
  MŞ-nın katibi Rəhim Hüseynzadənin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, müraciətdə “Azadlıq” qəzetinin tutduğu mövqedən asılı olmayaraq, gündəlik fəaliyyətində söz, fikir və ifadə azadlıqlarında həddlərin gözlənilməsi, hər hansı bir məsələdə tərəflərin mənəvi önəmini əsas tutmaq, xoşagəlməz halların yaranmasına yol verməmək tövsiyə  olunub.
 Satirik yazar Mirzə Sakit RATİ-yə açıqlamasında bu müraciətin MŞ-nin adı altında rəsmi dövlət qurumlarının müraciəti olduğunu deyərək, rəsmi dairələrdə qəzetə qarşı qərəzli münasibətin olduğunu qeyd edib:
“Mənim şerlərimə görə həbs olunmağım aydın məsələdir.MŞ Əflatun Amaşov əsasən jurnalistlərin hüquqlarını qorumalıdır. Ancaq Ə.Amaşov daha çox, “yuxarıların” maraqlarını qoruyur” – deyə Mirzə Sakit bildirib.
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FORUM KEÇİRDİ

Next Post

SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.