SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Dünən (17 iyun) Nərmanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Azərbaycan Respublikasının Təhsil Naziri (TN) Misir Mərdanova və nazirliyin əsas təmir-tikinti idarəsinin rəisi Allahverdi Dəmirova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S.Əlibəylinin özü məlumat verib.

Qarşı tərəfin  heç bir səbəb bildirmədən məhkəmədə iştirak etmədiyini deyən S.Əlibəyli hakim R.Kazımovun iddianı qismən təmin edərək, vəzifəli şəxsinin hərəkətsizliyinin qanunsuz hesab olunması və sorğuya cavab verilməsi barədə qərar çıxardığını bildirdi.
 Xatırladaq ki, “Nota” qəzetinin TN haqqında dərc edilən  yazı ilə bağlı nazirliyə informasiya sorğusu göndərilmiş, lakin sorğu TN tərəfindən cavablandırılmadığına görə, S.Əlibəyli vəzifəli şəxsinin hərəkətsizliyinin qanunsuz hesab olunması, sorğuya cavab verilməsi və cavabdehlərin 1000 AZN cərimə ödəməsi iddası ilə məhkəməyə müraciət etmişdi.
Previous Post

MƏTBUAT ŞURASI “AZADLIQ” QƏZETİNƏ MÜRACİƏT ÜNVANLAYIB

Next Post

ƏVƏZ ZEYNALLININ TƏRCÜMƏ ETDİYİ “MƏNİM SAVAŞIM” KİTABINA EKSPERTİZA RƏYİ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.