Mətbuat Şurası Azadlıq qəzetinə xəbərdarlıq edilməsi barədə qərar çıxarıb

1

Aprelin 30-da  Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Bu barədə qurumun rəsmi internet səhifəsində məlumat verilib. İclas zamanı Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti barədə müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib. Müzakirələr zamanı komisiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, mətbu nəşrin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlərin təqdim olunduğu və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələbləri pozulduğu qeyd edilib. Komissiya “Azadlıq” qəzetinə Mətbuat Şurasının xəbərdarlığının elan olunması barədə rəy çıxarıb.

Məsələ ilə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki,  bu qəzətə qarşı hökumət tərəfindən edilən təzyiqlərin davamıdır. “ Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetimiz ilə əməkdaşlıqdan imtina edib. Bundan sonra da Mətbuat Şurası tərəfindən belə bir qərar çıxarılsa da, Azadlıq qəzeti öz  kursuna sadiq qalaraq fəaliyyətini davam etdirəcək”, deyə Hacıyev qeyd edib.

Previous Post

Hüquq müdafiəçisinin mənzil və ofisində axtarış aparılıb

Next Post

Bloger Əbdül Əbilovun işi üzrə məhkəmə davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.