Bloger Əbdül Əbilovun işi üzrə məhkəmə davam edir

abdul

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə  məhkəmə prosesi  davam edib.

Proses zamanı hal şahidininifadələrindən və vəkillərin suallarından aydın olub ki, bu şəxs Əbilovun saxlanılması və kirayə qaldığı evdə axtarış zamanı ümumiyyətlə iştirak etməyib.

Prosesdə Əbilov ifadə verərək deyib ki, saxlanıldıqdan dərhal sonra onu DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) aparıblar. Burada facebook-da yaratdığı “Yaltaqlara dur deyək!” səhifəsi haqqında suallar veriblər. Həmçinin, müxalifət liderləri Cəmil Həsənli və Əli Kərimli ilə əlaqəsi olub-olmadığını soruşublar.

Daha sonra prosesdə Əbilovun anası və qaynı çıxış edib. Qaynı bildirib ki, Əbdüllə birlikdə saxlanılıb, onlara qandal taxaraq Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıblar.

O, həmçinin bildirib ki, hal şahidlərindən biri Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində idi və ona çay süfrəsi açılmışdı.

Onun sözlərinə görə, hər iki hal şahidi təsadüfi insan deyil, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq edən şəxslərdir.

Qeyd edək ki, proses mayın 8-də saat 14:00-da  davam etdiriləcək.

Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də CM-nin  234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Previous Post

Mətbuat Şurası Azadlıq qəzetinə xəbərdarlıq edilməsi barədə qərar çıxarıb

Next Post

Pərviz Həşimlinin məhkəməsində qalmaqal baş verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.