MƏTBUAT ŞURASI FƏALİYYƏT GÖSTƏRMƏYƏN QƏZETLƏRİN BAĞLANMASINI İSTƏYİR

Mətbuat Şurası (MŞ) fəaliyyət göstərməyən qəzetlərin bağlanması ilə bağlı müvafiq  məhkəmələrə müraciət edəcək.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna MŞ sədri Əflatun Amaşov məlumat verib. Şura sədri bildirdi ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri (KİV) ilə bağlı monitorinq  aparılır.
“KİV haqqında qanuna görə, il ərzində qəzet ən azı 12 dəfə çıxmalıdır. 3300-dən çox KİV qeydiyyatdan keçib, onlardan 2500-dən çoxu isə faktiki fəaliyyət göstərmir” – deyən Əflatun Amaşov qeyd etdi ki, aparılan monitorinqin nəticəsində son iki ildə fəaliyyət göstərməyən bütün kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğv olunması üçün müvafiq məhkəmələrə müraciət ediləcək.
Xatırladaq ki,  Azərbaycanda 3300-dən çox KİV qeydiyyatdan keçib. Hazırda onlardan 600-ə yaxını fəaliyyət göstərir. Təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 20-dən çox telekanal fəaliyyət göstərir. Ölkədə 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi var. Qalanları isə internet resurslarıdır.

Previous Post

“AZƏRBAYCANDA İNTERNET MEDİANIN TƏNZİMLƏNMƏSİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

Next Post

“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” İCTİMAİ BİRLİYİ AYLIQ HESABATINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.