“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” İCTİMAİ BİRLİYİ AYLIQ HESABATINI AÇIQLADI

Bu gün (5 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) Mətbuat Mərkəzində “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi “Təhsil Xəbərləri” layihəsinin aylıq hesabatı ilə bağlı mətbuat konfransı keçirdi.

Təşkilatın rəhbəri Elnur Məmmədov çıxışında bildirdi ki, 15 ali məktəbi əhatə edən layihə çərçivəsində aprel ayında olduğu kimi, may ayında da ən çox qanun pozuntusuna yol verən ali məktəb Azərbaycan Beynəlxalq Universiteti olub. Sonrakı yerləri isə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Texniki Universiteti, Təfəkkür Universiteti tutub. Layihədə iştirak edən digər beş ali məktəb – Qafqaz Universiteti, Qərb Universiteti, Xəzər Universiteti Azərbaycan Dillər Universiteti və Bakı Asiya Universitetində isə may ayında qanun pozuntuları qeydə alınmayıb.
E. Məmmədov çıxışında onu da vurğuladı ki, hesabat təhsil Nazirliyinə də təqdim olunacaq və bununla bağlı yaxın günlərdə Təhsil Nazirliyində görüş də keçiriləcək: “Layihədə iştirak edən ali məktəblərdəki dövlət imtahanlarını izləmək üçün Təhsil Nazirliyinin yaratdığı komissiyanın tərkibində təmsil olunmaq üçün də müraciət etmişik. Əgər buna razılıq ala bilsək, prosesləri daha yaxından izləmək imkanımız olacaq”.
Tədbirdə iştirak edən tələbələr də Universitetlərdəki qanun  pozuntuları barədə geniş məlumat verdilər.
Xatırladaq ki, 15 ali məktəbi əhatə edən “Təhsil Xəbərləri” layihəsi  ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilir.
 
Previous Post

MƏTBUAT ŞURASI FƏALİYYƏT GÖSTƏRMƏYƏN QƏZETLƏRİN BAĞLANMASINI İSTƏYİR

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR ZİDDİYYƏTLİ İFADƏLƏR VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.