MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ – AZAD MƏTBUAT YÜRÜŞÜ

22 İyul  Milli Mətbuat Günü münasibətilə  media nümayəndələri və azad media tərəfdarlarının iştirakı ilə “Milli Mətbuat gününə həsr olunmuş –  Azad mətbuat yürüşü” keçiriləcək.

 Yürüş saat 11.00-da iştirakçıların 1-ci Fəxri Xiyabanın qarşısında toplaşması ilə başlanacaq.
Saat 11.10-dan 11.30-a qədər   1-ci Fəxri Xiyabanda uyuyan Azərbaycanın Milli Mətbuatının banısı Həsən bəy Zərdabinin məzarı ziyarət olunacaq.
Sonra iştirakçılar piyada 2-ci Fəxri Xiyabana yola düşəcəklər.
Saat 11.45  2-ci Fəxri Xiyabanda uyuyan “Monitor” jurnalının baş redaktoru, 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı ziyarət olunacaq.
Saat 12.00-da 2-ci Fəxri Xiyabanda uyuyan çağdaş Azərbaycan Mətbuatının banilərindən biri olan Nəcəf Nəcəfovun məzarı ziyarət olunacaq.
Daha sonra Şəhidlər Xiyabanına yürüş olacaq.
Saat 12.30-da Şəhidlər Xiyabanında uyuyan – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Arif Hüseynli və digərlər media nümayəndələrinin məzarları ziyarət olunacaq.
Yürüş saat 13.00-da bitəcək.
Previous Post

ALİ MƏKTƏBDƏN QOVULAN TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.