ALİ MƏKTƏBDƏN QOVULAN TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (19 iyul) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist  Elmin Bədəlovun adı çəkilən təhsil müəssisəsinə qarşı qarşı “İddiaçının akademiyanın tələbələr sırasına bərpa edilməməyinin qanunsuz hesab edilməsi və iddiaçının tələbələr arasına bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması”na dair iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfdən isə ADNA-nın neft-mexanika fakültəsinin prorektoru Qasım Məmmədov, eləcə də  ADNA-nın neft-mexanika fakültəsinin dekanı Sakit Həsənov  iştirak edirdilər.
ADNA –nın neft-mexanika fakültəsinin prorektoru Qasım Məmmədov iddiaya etiraz etdiklərini bildirdi. Hakim də ondan iddia ilə bağlı mövqeyini yazılı şəkildə təqdim olunmasını xahiş etdi və məhkəməni 1 avqust saat 10:30-a tətin etdi.
Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı  ikinci məhkəmə iddiasını   Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib. 2 iyun 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. 8 dekabr 2011-ci il tarixdə Nəsimi rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq, iddia tələbinə inzibati iqtisad məhkəməsində baxılmalı olmasını göstərib.
Previous Post

ANAR BAYRAMLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ – AZAD MƏTBUAT YÜRÜŞÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.