ANAR BAYRAMLININ HƏBS MÜDDƏTİ UZADILDI

Binəqədi rayon məhkəməsi İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının həbsini daha 1 ay müddətinə uzadıb. Qərar aprelin 10-da hakim Abidin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

 Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Hal-hazırda o Kürdəxanı təcridxanasında saxlanılır.
Previous Post

SEYMUR HƏZİYEVİN İŞİ YENİDƏN İSTİNTAQA QAYTARILDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.