MƏHBUS ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI ŞOK MƏLUMATLAR VERİB

may 1st, 2008
15 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən Çingiz Mirzəyev İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı şok məlumatlar verib.

Bu barədə RATİ-yə məlumat verən Behbudov bildirib ki, məlumatı mətbuata açıqlaya bilməyəcək:
          “Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə və digər aidiyyatı orqanlara müraciət edəcəyəm”, – deyə o bildirdi.
         Qeyd edək ki, bu gün (01 may) Behbudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6, 10 və 15 saylı cəzaçəkmə müəssisələrində bəzi məhbuslarla görüşüb.
    Xatırladaq ki, Mirzəyev 2007-ci ilin yay aylarında da mətbuata məlumat ötürərək, təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verməyə hazır olduğunu bildirmişdi.