“SƏNƏT QƏZETİ”NİN YAZARI AİLƏSİNİN TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ OLDUĞUNU BİLDİRİR

“Sənət qəzeti”nin yazarı Rasət Pirisoyu hüquq mühafizə orqanlarından, xüsusilə də Daxili İşlər Nazirliyindən öz ailəsinin təhlükəsizliyinin təmin olunmasını xahiş edir.

Bu barədə Pirisoyunun  bu gün (01 may)  RATİ-yə daxil olan bəyanatında qeyd olunur.
         Bəyanatda qeyd olunur ki, dünən (30 aprel) Binəqədi Rayon Məhkəməsi Şuşa sakini Fyodr Məhərrəmovun Pirisoyunun yazdığı “Fedka” poemasına görə müəllifə qarşı qaldırdığı iddianı rədd edib.  Elə həmin gün axşam 15 il bundan qabaq Pirisoyunun mənzilini zəbt etmiş və sonradan məhkəmə qərarı ilə evdən çıxarılmış ailənin qadın üzvü Pirisoyunun mənzilinə gələrək ondan mənzili boşaltmağı tələb edib.
         Pirisoyu bəyanatında onu da bildirir ki, bu hadisə birinci deyil. Bundan əvvəl də ona qarşı cürbəcür təxribatlar törədilib, mənzilinin işıqları kəsilib, onun qarşısını naməlum şəxslər kəsib və s.

Previous Post

MƏHBUS ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI ŞOK MƏLUMATLAR VERİB

Next Post

MİKLOŞ HARAŞTİ JURNALİSTLƏRİ MÜDAFİƏ ETMƏYƏ ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.