“GÜNDƏLİK BAKI” VƏ MƏTBUAT ŞURASI ARASINDAKI PROBLEM MƏHKƏMƏ MÜSTƏVİSİNDƏ HƏLL OLUNACAQ

Dünən (21 yanvar) Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasında  “Gündəlik Bakı” qəzeti barəsində məhkəməyə müraciət etmək qərara alınıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Şuranın sədr müavini Umud Rəhimov məlumat verib. O, bildirib ki, ötən ilin dekabr ayında “qara siyahı”ya salınmasından sonra bu qəzet barədə yenə də MŞ-yə çoxlu müraciətlər daxil olub. “Bu səbəbdən də həmin materiallar ümumiləşdirilərək məhkəməyə veriləcək” – deyən Umud Rəhimov əlavə etdi ki, iclasda həmçinin “Azad Azərbaycan”, “Türk Azərbaycan dünyası” və “Azərbaycan dünyası brifinq” qəzetlərinə ciddi xəbərdarlıq olunub.
“Gündəlik Bakı” qəzetinin sef-redaktoru Ədil Hüseynli bildirdi ki,  MŞ tərəfindən atılan bu adım tam qərəzlidir və bu kimi addımlarla onlar qəzetin fəaliyyətini dayandırmağa çalışırlar. “Biz də öz növbəmizdə MŞ-nin qərəzli qərarı ilə qəzetimizin adını “qara siyahı”ya salaraq bizi “Reket” elan etmələri əlaqədar olaraq, artıq məhkəməyə müraciət etmişik və məhkəmə prosesinin başlanmasını gözləyirik.
Məlumat üçün bildirək ki, “Gündəlik Bakı” qəzeti 2007-ci ilin sentyabr ayından fəaliyyət göstərir və həftədə 5 dəfə çap olunur.

Previous Post

HİLLARİ KLİNTONUN İNTERNET AZADLIĞI İLƏ BAĞLI ÇIXIŞI MÜZAKİRƏ OLUNUB

Next Post

“SÖZ AZADLIĞI MƏHDUDDUR, YOXSA PEŞƏKARLIQ ÇATIŞMIR?” MÖVZUSUNDA DEBAT KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.