“SÖZ AZADLIĞI MƏHDUDDUR, YOXSA PEŞƏKARLIQ ÇATIŞMIR?” MÖVZUSUNDA DEBAT KEÇİRİLİB

Bu gün (22 yanvar) Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Söz azadlığı məhduddur, yoxsa peşəkarlıq çatışmır?” mövzusunda Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı və Demokratik İslahatçı Gənclər Təşkilatının sədri Vüsalə Hüseynovanın iştirakı ilə debat keçirilib.

Debatın aparıcısı İlhamiyyə Rzanın hər iki iştirakçıya “Avropa Birliyinin Azərbaycanda ifadə azadlığının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamədən razısınızmı?”sualına cavab olaraq Rəşid Hacılı bildirdi ki, əslində bu qətnamə qısa bir müddətin deyil, uzun illərin müşahidələrinin nəticəsidir. O qeyd etdi ki, Azərbaycanda jurnalistlərin döyülməsi, həbsi və digər təzyiqlərlə üzləşməsi göz önündədir və bu da beynəlxalq təşkilatların Azərbaycanla bağlı mənfi qərarlar qəbul etməsinə səbəb olur.
Vüsalə Hüseynova isə Azərbaycanla bağlı qətnamə qəbul edilməsini erməni diasporasının Avrapa Birliyənə təzyiqlərin nəticəsi olduğunu bildirdi. O, Avropa Birliyinin Dağlıq Qarabağla bağlı məsələdə susmasını və söz azadlığı ilə bağlı qətnamə qəbul etməsini qərəzli mövqe hesab etdiyini qeyd etdi.
Daha sonra internet vasitəsilə Avropa Parlamentinin üzvü, Hollandiyalı deputat Mariet Şaki ilə bağlantı yaradıldı və qətnamə ilə bağlı onun da fikirləri dinlənildi. Avropalı parlamentari Dağlıq Qarabağ problemi ilə ifadə azadlığı məsələsinin bir-birindən fərqli məsələ olduğunu bildirdirərk qeyd etdi ki, Azərbaycan ifadə azadlığı ilə bağlı qəbul etdiyi öhdəliklərə riayət etməyib.
Daha sonra millət vəkili Pənah Hüseyn, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, hüquq müdafiəçisi İradə Cavadova və digərləri də Azərbaycanda medianın vəziyyəti ilə bağlı öz fikirlərini bildirdilər.  
Previous Post

“GÜNDƏLİK BAKI” VƏ MƏTBUAT ŞURASI ARASINDAKI PROBLEM MƏHKƏMƏ MÜSTƏVİSİNDƏ HƏLL OLUNACAQ

Next Post

SÖZ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.