NAXÇIVANDA MƏLUMAT ƏLDƏ EDİLMƏSİNƏ DAİR LAYİHƏ HƏYATA KEÇİRİLİR

Sentyabrın 23-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində  “Naxçıvanda məlumat əldə edilməsi üzrə jurnalist təşəbbüsləri” layihəsinin təqdimatı keçirilib.

Layihənin koordinatoru Rəsul Cəfərov bildirib ki, Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun  maliyyələşdirdiyi 2500 ABŞ dəyərində  olan layihənin sentyabr-oktyabr ayları ərzində həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində iki hesabat – ilkin və yekun hesabat hazırlanacaq. Onun sözlərinə görə ilkin araşdırmalara görə, Naxçıvanda 45 dövlət qurumundan yalnız beşinin veb – saytı var. Bunlar – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyinin  Naxçıvan İdarəsi, Əmək və Sosial Müdafiə Nazirliyinin Məşğulluq Xidməti, Ali Məhkəmə və Muxtar Respublika Mərkəzi Seçki Komissiyasıdır.

“Lakin həmin saytlarda vətəndaşlar və ya jurnalistlər üçün faydalı məlumat demək olar ki, yoxdur. Dövlət qurumlarının əksəriyyətinə sorğular göndərilir, lakin heç bir cavab alınmır”, – deyə qeyd edən layihənin koordinatoru bununla əlaqədar məhkəməyə informasiya əldə etmək hüququnun pozulması iddiası ilə  müraciət göndəriləcəyini istisna etməyib.
     
“Məlumat əldə olunması haqqında” qanunun 2-ci bəndinə əsasən vətəndaş Azərbaycanda sərbəst informasiya əldə etmək hüququna malikdir. Lakin Muxtar Respublikada qanunun bu bəndinə riayət olunmur.  Məhz bu layihədə də məqsəd dövlət qurumlarının nəzərinə vətəndaşlar və jurnalistlər onlardan informasiyanı almaq və tələb etmək hüququna malik olmalarını izah etməkdir” , – deyə qeyd edən layihə müəllifləri dövlət qurumlarına internet resursları yaratmağı, artıq mövcud olan resursları təkmilləşdirməyi, informasiya əldə olunması ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə xüsusi tədbirin keçirilməsini də tövsiyə etdi.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI VERİLMİŞ XÜSUSİ İTTİHAMA XİTAM VERİLDİ

Next Post

EYNULLA FƏTULLAYEVİN PROKURORLUĞA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏNİN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.