“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

“Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gün (17 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

M. Zeynallının sözlərinə görə, hərrac 18 may 2012-ci il tarixində saat 11-də Bakı şəhər M. Müşfiq küçəsi 2 A ünvanında keçiriləcək.

Bildirək ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC  Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqlar hərraca çıxarılır. Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilsə də, 18 aprel 2012-ci il tarixində keçirilən hərracda sifarişçinin olmaması səbəbindən hərrac təxirə salınmışdı. Bu dəfə əmlakın ilkin satış qiyməti 1215 manat qiymətləndirilib.

Habelə qeyd edək ki, təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsman Elmira Süleymanovaya, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinə, İnsan haqları təşkilatlarının nümayəndələrinə müraciət edib. Zeynallı müraciətində məhbusları məhkəməyə gətirən “voronok”larda dözülməz hallın aradan qaldırılması, məhkumların hüquqlarının kobud şəkildə pozulmasını qeyd edərək, vəziyyətin ətraflı araşdırılması və bu barədə tədbir görülməsini istəyib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də
qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma)
maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də bu müddət daha 3 ay  artırıldı.

Previous Post

“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.