HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ BAĞLI BEYNƏLXALQ KONVENSİYANIN QƏBUL OLUNMASI TƏKLİF OLUNUB

17-18 sentyabrda Kiyev şəhərində Avropa Şurasının insan hüquqları üzrə komissarının ofisi və  Avropa Şurasının Beynəlxalq Qeyri-hökumət Təşkilatlarının Konfransı (BQHT) ilə birgə təşkilatçılığı ilə  “Hüquqların müdafiəsi üzrə fəaliyyət” mövzusunda dəyirmi  masa keçirilib.

Tədbirdə Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, Rusiya, Azərbaycan, Gürcüstan, Ukrayna və  Ermənistanın insan hüquq müdafiəçiləri, eləcə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Azərbaycandan hüquq müdafiəçiləri – İnsan Hüquqları Mərkəzinin sədri Eldar Zeynalov, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus və Cənubi Qafqaz Hüquq müdafiəçiləri Şəbəkəsinin Azərbaycan üzrə koordinatoru, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri, Emin Hüseynovun qatıldığı dəyirmi masada adıçəkilən ölkələrdə insan hüquq müdafiəçilərinə qarşı təhlükələrin artdığı müzakirə olunub.  Qeyd olunub ki, bu sahədə ən pis vəziyyət Rusiyadadır. Belə ki, Rusiyada insan hüquqları müdafiəçilərinin və  media nümayəndələrinin öldürülməsi halları intensivləşib.
Regiondakı digər ölkələrlə yanaşı Azərbaycanda və da insan hüquq müdafiəçilərinin təhlükədə olmaları, məhkəmələrə çəkilmələri və fiziki və mənəvi təzyiqlərə məruz qalmaları, QHT-lərin qeydiyyatı ilə bağlı süni problemlərin yaradılması və QHT qanunvericiliyinin sərtləşdirilməsi  halları da dəyirmi masada müzakirə olunub.
Tədbirdə insan hüquq müdafiəçilərinin fəaliyyətinin effektivliyinin artırılması üçün zəruri addımların atılması müzakirəsi zamanı əsas prioritetlərdən biri A, çərçivəsində hüquq müdafiəsi ilə bağlı beynəlxalq konvensiyanın qəbul olunması təklifi yekdilliklə dəstəkləndi.

Previous Post

JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.