Dünən də (23 sentyabr) RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun ev telefonuna naməlum şəxs 2 dəfə zəng edərək jurnalisti ölümlə hədələməkdə, onu və ailəsini nalayiq ifadələrlə təhqir etməkdə davam edib.
Bu barədə RATİ-yə E. Abbasovun özü məlumat verib: “Həmin adam saat 12:15–də və 14:45-də zəng edərək, yarı fars dilində, yarı İran azərbaycanlılarının ləhcəsində hər dəfə 15 dəqiqə müddətində məni və ailəmi hədələdi, nalayiq söyüşlər söydü”.
Hadisə ilə bağlı E. Abbasovu Naxçıvan şəhər Polis İdarəsində rəis müavini Musa Məmmədov qəbul edib və baş verən hadisə müzakirə olunub.
“Günün sonunda isə Naxçıvan şəhər Polis İdarəsindən mənə ev telefonunuza zəng edənin telefon nömrəsi qismən bəlli olması barədə məlumat verildi. Polisin verdiyi məlumata görə, zəngin Amerika Birləşmiş Ştatlarından (ABŞ) daxil olduğunu güman edilir və bu istiqamətdə araşdırmanı davam etdirirlər” – deyə E. Abbasov bildirdi.
Xatırladaq ki, 2007-ci ilin mart ayının 6-da E. Abbasovun mobil telefonuna gizli nömrədən zəng olunaraq, rus dilində danışan şəxs onun başını kəsəcəyi ilə hədələyib, onun ünvanına nalayiq söyüşlər söyüb. 30 yanvar 2009-cu il tarixdə E. Abbasovun mobil telefonuna zəng edərək özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs RATİ- nin Naxçıvandakı bölgə müxbirləri E. Abbasovu, H. Mehdiyevi, “Azadlıq” radiosu və “Turan” İA-nin müxbiri Məlahət Nəsibovanı ölümlə hədələmişdi. Hər iki hadisə zaman rəsmi qaydada MR DİN-ə, MR Prokurorluğuna, MR MTN-ə müraciət olunsa da heç bir tədbir görülməyib.