Zerkalo qəzetinin ofisində axtarış olub

Artıq 10 gündür ki,  Baş Prokurorluğun əməkdaşları “Zerkalo” qəzetinin ofisində axtarış aparıb və qəzetin redaktoru Elçin Şıxlının kompüterini, həmçinin redaksiyaya məxsus sənədləri götürüblər. Bu barədə bu gün (01 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Şıxlı məlumat verib.

Redaktor bildirib ki, məhkəmənin qərarı ilə axtarış aparılıb və  bir ədəd kompüter və sənədlər götürülsə də, hələ də qaytarılmayıb.

“Axtarış qəzetimizin əməkdaşı Rauf Mirqədirovun həbsinin səhəri günü baş verib. Redaksiyaya gələn prokurorluq işçiləri Raufla bağlı bütün işçiləri dindiriblər, ona aid sənədləri götürüblər. Prokurorluq tərəfindən götürülən kompüterimdə qəzetin arxivi, həmçinin şəxsi sənədlərim və atam tanınmış ictimai xadim, Azərbaycan xalq yazıçısı İsmayıl Şıxlının arxivi var idi. Hazırda nəsə etmək imkanından məhrumam və kompüteri nə vaxt qaytaracaqlar məlum deyil”, – deyə  redaktor bildirib.

Xatırladaq ki, Zerkalo qəzetinin Türkiyə müxbiri Rauf Mirqədirov aprelin 19-da həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib

Previous Post

Pərviz Həşimlinin məhkəməsində qalmaqal baş verib

Next Post

Azərbaycan Hökuməti Müstəqil Mətbuata Təzyiqləri Dayandırmalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.