HƏRBİ JURNALİSTƏ QARŞI TƏXRİBAT OLUB

Ötən həftənin cümə günü (14 noyabr) “Gündəlik Bakı” qəzetinin baş redaktorunun birinci müavini, hərbi jurnalist Üzeyir Cəfərova qarşı təxribat olub.

Bu barədə RATİ-yə məlumat verən Cəfərovun sözlərinə görə, onun şəxsi avtomobilinin əyləc sistemi sıradan çıxarılıb.
“Tıxac olduğu üçün avtomobilimi metronun ”Memar Əcəmi” stansiyasının qarşısında saxlayıb metro ilə işə getdim. Gecə saat 23.30 radələrində isə işdən dönərək avtomobilimə oturub evə getmək istədim. Yaxşı ki, avtomobil sürət götürməmiş əyləcin işləmədiyini aşkarladım. Avtomobili birtəhər saxlayıb, əyləc sisteminə baxış keçəirdim və əyləci  stimullaşdıran borunun kəsildiyini aşkar etdim”, – deyə qeyd edən Cəfərov habelə mütəmadi olaraq izlənildiyini də qeyd etdi.

Previous Post

“İDEAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏLİ HƏSƏNOVUN HƏBSİ İLƏ BAĞLI RATİ-NİN BƏYANATI

Next Post

QƏNİMƏT ZAHİDİN VƏKİLİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.