“İDEAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏLİ HƏSƏNOVUN HƏBSİ İLƏ BAĞLI RATİ-NİN BƏYANATI

2008-ci il noyabr ayının  14-də “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov Nəsimi rayon Məhkəməsinin hakimi  Elmar Kərimovun çıxardığı qərarla 6 ay müddətinə azadlıqdan məhrum edilib.

RATİ baş redaktor haqqında seçilmiş cəzanı qeyri-adikvat hesab edir və bu qərarı kəskin pisləyir.
Qeyd edək ki,  "Qarabağın Həcəri" ləqəbli Azərbaycan vətəndaşı  Səbirə Mahmudova “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov və qəzetin təsisçisi Nazim Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia   ( http://www.irfs.az/content/view/1493/28/lang,az/) qaldırmışdı.
 
Səbirə Mahmudova Dağlıq Qarabağ müharibəsinin  iştirakçısıdır. Azərbaycan xalq eposu olan “Qaçaq Nəbi” qəhrəmanlıq dastanının qəhrəmanı olan qaçaq Nəbinin həyat yoldaşı Həcərin şərəfinə  özünə Qarabağın Həcəri ləqəbini götürüb. Mahmudova  Azərbaycanda bu ləqəblə tanınır.

     İddiaya səbəb qəzetin 16 avqust 2008-ci il tarixli sayında "Misir Mərdanovun qudası, Hüseynbala Mirələmovun kirvəsi…." sərlövhəli, "İndi müəllimlik edən  bir qadının əsl peşəsindən xəbərdarsınızmı" yarımsərlövhəli məqalə, 29 avqust 2008-ci il tarixli sayında isə "Müəllimə yoxsa mama Roza" sərlövhəli yazı olub.
 
     Mahmudova "İdeal" qəzetinin mütəmadi olaraq onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edərək, qəzetin baş redaktoru Həsənov və təsisçisi Quliyevin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cəzalandırılmasını, cavabdehlərin üzr istəməsini, qəzetin təkzib verməsini, habelə özünə dəymiş mənəvi ziyana görə qəzet redaksiyasının və  Quliyevin 100.000 AZN məbləğində cərimələnməsini tələb edirdi.

Belə ki, həbs olunmamışdan öncə RATİ-nin əməkdaşları ilə söhbətində Həsənov həqiqətən də “İdeal” qəzetində Mahmudovanın təhqir olunduğunu etiraf edib. Amma o,  Mahmudova ilə bağlı yazıların “İdeal” qəzetində dərc olunduğu zaman qəzetin baş redaktoru olmadığını və bu səbəbdən yazıda səslənən fikirlərə görə məsuliyyət daşımadığını bildirmişdi. Buna baxmayaraq Həsənov Mahmudovadan “İdeal” qəzetində yazdığı yazı ilə özünün və qəzetin təsisçisi Quliyevin adından  üzürxahlıq edib.
RATİ “İdeal” qəzeti ilə bağlı bir-neçə məhkəmə iddiasının qaldırıldığını nəzərə alaraq, bu qəzet və qəzetə qarşı qaldırılmış iddialarla bağlı araşdırmalara başlayıb. Araşdırmaların sonu olaraq RATİ iddialar və qəzetin fəaliyyəti ilə bağlı rəyini ictimaiyyətə açıqlayacaq.
Belə ki,  RATİ  sözə görə kimsənin azadlıqdan məhrum edilməsinin əleyhinədir. Bu səbəbdən RATİ  bir daha Azərbaycan hökumətini sözə görə həbsləri dayandırmağı, diffamasiyaya aid olan maddələrin  Cinayət Məcəlləsindən  çıxarmağa çağırır.
Previous Post

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı keçirilən mətbuat konfransı

Next Post

HƏRBİ JURNALİSTƏ QARŞI TƏXRİBAT OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.