MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitə qarşı təxribat hazırlanır.

Bu barədə RATİ-yə məlumatı jurnalistin həyat yoldaşı Rəna Zahidova verib. Onun sözlərinə görə, Sakitə qarşı təxribatın hazırlanmasını ona 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan bir şəxs söyləyib. “Dünən axşam saatlarında evimizə zəng edən şəxs bildirdi ki, əgər Sakit müalicə müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə qayıdarsa, onun üçün çətin olacaq. Belə ki, həbsxanada ona qarşı təxribat hazırlanır. Ya onun cəzasının müddətinin artırılacağını, ya da onun öldürüləcəyini deyən şəxs adını demədiyini söyləyən Rəna Zahidova, həyat yoldaşının təhlükəsizliyi üçün bir neçə yerə müraciət etdiyini vurğuladı. “Sizin vasitənizlə MTN və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edirəm. Əgər ona bir şey olarsa bunda günahkar yalnız onlar olacaq” – deyə sonda R. Zahidova vurğulayıb.
Previous Post

RADİO TEZLİYİ ÜZRƏ ELAN OLUNMUŞ MÜSABİQƏYƏ DÖRD QURUM İDDİA EDİR

Next Post

Isaxan Ashurovun metbuat konfransi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.