RADİO TEZLİYİ ÜZRƏ ELAN OLUNMUŞ MÜSABİQƏYƏ DÖRD QURUM İDDİA EDİR

Oktyabrın 8-də Milli Televiziya və Radio Şurasının yeni radio yayım proqramının açılması üçün Bakı və Abşeron ərazisində 105,7 MHz işçi tezliyi üzrə  müsabiqə başa çatıb.

Xatırladaq ki, müsabiqəyə sənəd qəbulu bir ay əvvəl – sentyabrın 8-də elan edilmişdi. Müsabiqə üzrə əlaqələndirici Nemət Cavadov “Mediaforum” saytına bildirib ki, bir ay müddətində Milli Televiziya və Radio Şurasına dörd hüquqi şəxs müraciət edib: “Dijtal Media”MMC, “Kapital” MMC, “FM”MMC,”Tandem”MMC. N.Cavadov sənədlərin şərtlərə uyğun olduğunu bildirib. Bir ay ərzində şura üzvləri sənədləri araşdıracaq və hüquqi şəxslərdən biri qalib olacaq.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN AİLƏSI “QIRMIZI XAÇLA” GÖRÜŞDÜ

Next Post

MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.