Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

398327_525389854153700_112437647_n

Noyabrın 28-də  Bakı Apellyasiya məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimlinin    Milli Təhlükəsizlik Nazirliyinə qarşı iddiasına əsasən Səbail rayon məhkəməsi tərəfindən çıxarılmış qərardan verilən apellyasiya şikayətinə baxılıb. Pərviz Həşimli məhkəməyə yenə başına qara torba keçirilərək gətirilib. Proses qapalı keçirilib, jurnalistin məhkəmə binasının qarşısına toplaşan həmkarları və qohumları iclas salonuna buraxılmayıblar.

Məhkəmədən sonra  vəkil Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) bildirib ki,  Pərviz Həşimli avtomobildən  düşəndə “Demokratiya qələbə çalacaq” dediyi üçün ona zor tətbiq ediblər, sürüyə-sürüyə məhkəmə zalına aparıblar.

“Pərvizin qeydləri məcburi olaraq əlindən alınıb.  Pərviz  qeydləri alındığı üçün  məhkəmədə çıxış etməkdən imtina edib və məhkəməni təxirə salınmasını istəyib. Mən də məhkəmədə çıxış etməkdən imtina etdim, ancaq məhkəmə  bizim çıxışımız olmadan keçirildi və şikayətimiz təmin olunmadı”, -deyə  Sadıqov qeyd edib.

 Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

Dövlət ittihamçısı hüquq müdafiəçisinin 3 il azadlıqdan məhrum edilməsini istəyib

Next Post

KİV-ə Dəstək Fondu “Azadlıq” qəzetinə maliyyə yardımını dayandırıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.