Dövlət ittihamçısı bloggerə 10 il cəza istədi

resad-ramazanov

Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə dindar blogger Rəşad Ramazanovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən dövlət ittihamçısı  çıxış edərək  Ramazanovun irəli sürülən ittihamlar üzrə təqsirli olduğunu bildirib və məhkəmədən  bloggeri 10 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarmasını xahiş edib.

R.Ramazanovun vəkili hesab edir ki, Rəşada aid olunan əməl bu qədər sübut olmadığı tədqirdə və şərləmədən ibarət olan bu əmələ görə belə bir cəza çox ağırdır.

Vəkil onu da qeyd edib ki,  növbəti məhkəmə prosesində o çıxış edəcək və məhkəmədən R.Ramazanova bəraət verilməsini tələb edəcək.

Qeyd edək ki, növbəti məhkəmə prosesi 13 noyabr 2013-cü il saat 16-30 a təyin edilib.

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov  (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də  Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 7-də bloggerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki,  Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

Previous Post

Jurnalistlər məhkəmədə müşahidə aparan zaman təzyiqə məruz qalıb

Next Post

Jurnalisti 10 il azadlıqdan məhrum edə bilərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.